Bu ölkənin sakinlərinə 380 dərəcə şaxta XƏBƏRDARLIĞI

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə düşəcəyi barədə SMS-lər alıblar.
Tele2 (Məhud məsuliyyətli ortaqlıq Mobile Telecom-Service) mobil operatorunun xidmətlərindən istifadə edən abunəçilərin mobil telefonlarına xəbərdarlıq göndərilib. Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.
“Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, - məlumatda bildirilir.
Nəticədə adıçəkilən regionun sakinləri sosial şəbəkələrdə xəbərdarlığın skrinşotlarını aktiv şəkildə dərc etməyə başlayıblar. Çoxları zarafatla qeyd edib ki, hətta "şaxtalı apokalipsis" fonunda da işə getməli olacaqlar.
Baş verənlər fonunda vəziyyəti şərh etmək məqsədilə Tele2-nin mətbuat xidməti ilə əlaqə saxlanılıb. Mobil operatorun nümayəndələrinin qeyd etdiyi kimi, SMS göndərilərkən texniki nasazlıq baş verib - dərəcə simvolu sıfırla əvəz olunub.
“Yanlış rəqəm aşkar edildikdən sonra şiddətli şaxtanın baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib”, - şirkətin mətbuat xidmətindən bildiriblər.(lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












