Bu rəngli avtomobillər digərlərindən baha təklif olunur – EKSPERTDƏN AÇIQLQAMA

Uzun müddətdir, dünyanın əksər ölkələrində avtomobillərin qiymətləri onların rənginə görə dəyişir. Ekspertlər bu məsələni ölkənin yerləşdiyi regionla əlaqələndirir. Məsələn, Rusiya, Kanada, Norveç, Finlandiya, İsveç kimi soyuq ölkələrdə əhali qara, qəhvəyi, boz və yaş-asflat rəngli avtomobillərdən istifadəni daha üstün tutur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az saytına açıqlamasında deyib ki, Azərbaycan kimi isti ölkələrdə ağ rəngli avtomobillər daha məşhurdur.
“Birinci əl avtomobil bazarında belə qiymət fərqi görmək mümkün deyil. Yəni avtosalonlarda qiymətlər rəngə görə fərqlənmir. Lakin ikinci əl avtomobil bazarında vəziyyət bir qədər fərqlidir. Ölkədə tələbata çevrilən rənglər digər rənglərə nisbətən 5% baha qiymətə təklif olunur. Yəni Azərbaycanda ağ rəngli avtomobillər digərlərindən qismən bahadır. Və yaxud da əksinə, elə rəngli avtomobillər var ki, onların qiyməti digərlərindən bir qədər ucuz olur”.

Ölkədəki avtomobil bazarındakı ümumi vəziyyətlə bağlı ekspert bildirib ki, may və iyun ayları bu istiqamətdə həmişə aktiv ay hesab olunub.
“Azərbaycanın avtomobil bazarında ötən ilin noyabr ayından indiyə qədər durğunluq var. Bu da əhalinin alıcılıq qabiliyyətinin əvvəlki dövrlərlə nisbətdə aşağı olması ilə əlaqələndirilir. Həm birinci, həm də ikinci əl avtomobillərin satışında ciddi aktivlik olmadığı üçün, qiymətlərdə də hansısa dəyişiklik müşahidə edilmir”
Ekspertlərin fikrincə, son dövrlərdə ölkədə əhalinin daha çox üz tutduğu avtomobillər elektromobillər hesab olunur və bu da ikinci əl avtomobil bazarında da qiymətlərin stabilləşməsinə gətirib çıxarır.
Səfər Əlizadə
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












