Bu səhvi edən sürücü görmə qabiliyyətini itirə bilər

Yayın gəlməsi ilə mühərriklərin ifrat dərəcədə qızması halları da artıb. Doğrudur, müasir mühərriklər 70-80-ci illərin motorları kimi vaxtaşırı qızmır. Lakin bir məsələ dəyişməz qalır: nə qədər ki, daxiliyanma mühərriki var, qızma da olacaq.
Avtosfer.az xəbər verir ki, sürücülərin çoxu mühərrik qızdırdıqda düzgün davrana bilmir. Bu naşılıq bəzən sürücünün ciddi yanıq xəsarətləri alması ilə də nəticələnir.
Ciddi səhvlərdən birincisi qızğın mühərriki söndürməkdir. Əgər temperatur artıbsa, lakin mühərrikdən buxar çıxmırsa, onu söndürmək deyil, kapotu ehtiyatla açmaq, həmçinin salondakı qızdırıcını maksimal sürətlə işlətmək lazımdır. Mühərrik uzağı 10 dəqiqəyə soyuyacaq.
Mühərrikdən buxar çıxırsa yenə də avtomobili saxlayaraq kapotu açmaq lazım gəlir. Lakin bu halda mühərriki söndürmək lazım gəlcək. Çünki olmayan mühərrikdə soyuma baş verməyəcək. Soyuduqdan sonra porşenlərin silindr divarına yapışıb-yapışmaması isə şans məsələsidir.
Sürücülərin isti mühərrikdə etdikləri ən ciddi səhv radiator və ya genişləndirici bakın qapağını açmaqdır. Bu zaman yüksək təzyiqlə bayıra çıxan maye ciddi yanıq xəsarətləri və görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər.
Ən vacib məqam: avtomobilin mühərriki qızdırdıqda mütləq servisə müraciət edilməli və qızmaya səbəb olan hallar aradan qaldırılmalıdır. Nəzərə alaq ki, qızma hətta kəskin şaxtada da ola bilər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












