Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO

Sosial şəbəkələrdə vətəndaşların paylaşdığı maraqlı görüntü müzakirələrə səbəb olub. Belə ki, taksilərdən birinin oturacağının arxa hissəsinə yapışdırılmış elan diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, elanın “Dərd dinlənilir” sözləri ilə başlayır və müxtəlif mövzular üzrə “qiymət siyahısı” təqdim olunur.
Elana əsasən, ailə problemlərini dinləmək 25 AZN, ünsiyyət problemləri 23 AZN, sevgi problemləri 21 AZN, iş problemləri isə 25 AZN olaraq göstərilib. “Dərdini danışmaq” xidməti 12 AZN, məsləhət almaq 26 AZN, din-imandan soruşmaq 27 AZN kimi qeyd edilib. Sürücünü əsəbiləşdirmək 44 AZN, işdən kənar sual vermək 5 AZN, boşuna diqqət yayındırmaq 5 AZN, şəxsi məsələlər barədə soruşmaq isə 55 AZN olaraq “qiymətləndirilib”.
Elanın sonunda isə maraqlı qeyd yer alıb: “Dost, tanış, qohum adından istifadə edənlərə qiymət 2 qat hesablanır”.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər bunu həm zarafat, həm də son dövrlər taksi sürücülərinin qarşılaşdığı müxtəlif sual və söhbətlərə ironik yanaşma kimi qiymətləndiriblər.
Eltac Zülfüqaroğlu

Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












