Bakıda avtobuslarda istilik sistemi ilə bağlı AYNA-dan açıqlama

Artıq bir neçə gündür ki, Bakıda küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Belədə ictimai nəqliyyatda istilik sisteminin işlək vəziyyətdə olması xüsusi əhəmiyyət daşıyır.
Havanın temperaturunun aşağı olmasına baxmayaraq, bəzi marşrut avtobuslarında istilik sistemi hələ də işə salınmayıb. Sərnişinlərin şikayətlərinə əsasən, M8, 150 və 172 nömrəli marşrutlarda istilik sistemi aktiv deyil.
Bəs avtobuslarda istilik sistemlərinin işə salınması ilə bağlı daşıyıcılara müvafiq göstəriş verilibmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, daşıyıcı şirkətlərə istilik rejimi ilə bağlı göstərişlər verilib:
"AYNA tərəfindən daşıyıcılara payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə məktub göndərilib. Avtobuslarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi tapşırılıb. Hazırda avtobusların salonunda temperatur rejimi hava şəraitinə uyğun olaraq tənzimlənir".
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












