Bu vəzifəli şəxslər 300 manatadək cərimələnəcəklər

Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşib.
Avtosfer.az bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunub.
Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.
Dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












