"Cin atı"na minən çex - VİDEO

Kuryerdən gözlədiyi bağlamanı almayan sakin dəhşət saçdı. Xalq arasında səs-küyə səbəb olan hadisə Çexiyada baş verib. Zlin şəhərində yaşayan Miroslav Starek adlı sakinin kuriyerlə söhbət edərkən özündən çıxması ortaya xoşagəlməz görüntülər çıxarıb. ATVxəbər.az Çex mediasına istinadən xəbər verir ki, 47 yaşlı kuriyer Radek Tesar, Miroslav Stareklə əlaqə saxlayıb və ona bağlama göndərildiyini bildirib. Sən demə, Miroslav başqa bir bağlama gözləyirmiş. Umduğunu tapa bilməyən sakin qəzəblənərək, əvvəl mikroavtobusdakı mallara, daha sonra sürücüyə hücum edir. Nəqliyyat vasitəsinə daxil olan qəzəbli çexiyalı ordan iri ekranlı televizoru çölə atıb. Daha sonra beyzbol dəyənəyi ilə sürücünün arxasınca düşən əsəbi sakin onu yaxalaya bilmədiyini gördükdə, nəqliyyat vasitəsinin şüşələrini sındırmağa qərar verib. Olay yerli mediyada böyük rezonans yaradıb. Qısa zamanda Miroslav Starekin dırnaqarası rəşadəti sosial mediyada geniş müzakirələrə yol açıb. Zlin şəhərində baş verən qarşıdurma ölkə hüdudlarından kənarda da maraqla izlənib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












