Çin köhnə avtomobillərdən qurtulur: Bizə təsiri olacaqmı?

Çində avtomobil sənayesinin geriləməsi fonunda hökumət utilizasiya proqramına start verib.
Avtosfer.az xəbər verir ki, bu barədə qəbul edilmiş dövlət sənədində avtoparkın yenilənməsi qaydaları yer alıb. Bura köhnə avtobusların elektrik avtobusları ilə əvəzlənməsi, köhnə maşınların utilizasiyası zamanı güzəştlər və işlənmiş avtomobillərin xaricə satışının təşviqi daxildir.
Avtomobillərin utilizasiyası China 3 (Avro 3-lə eynidir) standartına aid maşınlara tətbiq ediləcək. Bu kateqoriyaya 2011-ci ilədək istehsal edilmiş benzin, 2013-cü ilədək istehsal edilmiş Dizel və nəhayət 2018-ci ilədək istehsal edilmiş elektromobillər daxildir.
Avtomobilini utilizasiyaya verən çinlilərə yeni maşın alarkən 1400 dollar güzəşt tətbiq ediləcək.
Azərbaycana gəlincə: Avro 3 və ya onun analoqu olan standartlara cavab verən avtomobillərin Azərbaycana idxalına icazə verilmir. Una görə də Rusiya və Monqolustandan fərqli olaraq Azərbaycanda ikinci əl Çin avtomobillərinin bolluğunun yaranacağı istisna edilir. Azərbaycana ənənəvi olaraq ikinci əl avtomobillər əsasən Avropa, son illərdə isə Koreyadan gətirilir. Ehtiyat hissələrin gətirilməsində isə cüzi artım ola bilər. Lakin kütləvilik istisna olunur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












