Çində dünyanın ən dərin kanyonu üzərindən sürət yolu çəkilib

Çinin "China Huaneng" kompaniyası Tibetdə sürətli avtomobil yolunun dünyada ən dərin kanyon - Yarlung Tsangpo üzərindən keçən hissəsinin inşasını başa çatdırıb.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, 67 kilometrlik hissəni magistral yolla birləşdirmək üçün yeddi il vaxt lazım gəlib. Layihəyə təxminən 2 milyard yuan (310 milyon dollar) sərmayə qoyulub. Avtomobil yolu Tibet Muxtar Rayonunun cənub-şərqindən, yer üzündə ən dərin (6 min metrdən çox) çay vadisinin yerləşdiyi Nyingchi şəhər dairəsinin ərazisindən keçir.
Yeni avtomobil magistralın əsas obyekti uzunluğu təxminən 2,1 kilometr olan tuneldir. Magistral Nyingchi şəhərindən Medog bələdiyyəsinə gedən yolu təxminən iki dəfə - 346 kilometrdən 180 kilometrə qədər qısaldacaq və sürücülərin sərf etdiyi vaxtı bir neçə saat azaldacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












