Çində “internetlə zəhərlənənlər” belə müalicə olunur - VİDEO

Bu video bəlkə də kiməsə zorakı gələ bilər. Lakin son illərin təcrübəsi göstərir ki, internet asılılığını, xüsusən də onlayn oyunlara aludəçiliyi tövsiyə, irad və ya tənbehlə aradan qaldırmaq mümkün deyil. Bəzən inzibati metoda daha səmərəli olur.
Avtosfer.az xəbər verir ki, internet asılılığı olan şəxslərin müalicəsi üçün Çində 400-dək xüsusi müəssisə mövcuddur. Bu müəssisələr adətən köhnə xəstəxanalarda, tərk edilmiş obyektlərdə yerləşir. İşçi heyət isə təqaüddə olan hərbçilərdir.
“İntoksikasiya mərkəzi” deyilən yerə gələnlərin ilk 3 ayda kənarla təmasına icazə verilmir. Mərkəzdə qalma müddəti qeyri-məhduddur. “Tərbiyə metodları” isə ağır hərbu təlimlə müqayisə edilə bilər. Mərkəzlərdə ölüm hallarından sonra 2006-cı ildə elektroşok cihazından istifadə qadağan edilib. Real vəziyyət isə başqadır...
Avropa mətbuatına danışan təlimçi maraqlı bir fakt söyləyib: Bir qadın başqa şəhərdə yaşayan oğlunun iki ilıdir onunla danışmadığını gününü internetdə keçirdiyini bildirib. Mərkəzə gətirilən yeniyetmə 1 ay sonra insanlarla ünsiyyətə başlayıb, 2 ay sonra saçını normal şəkildə düzəltdirib, üzünü qırxıb, 3 ay sonra isə anası ilə ünsiyyət qurub. Növbəti aylarda isə “internet zəhəri”ndən tam azad olub.
Belə mərkəzlərə düşən uşaqlar arasında ölənlərin sayı da kifayət qədər çoxdur. Səbəb ağır fiziki və psixoloji yük, həmçinin işgəncələrdir. Məktəb “müdavimləri” kənd təsərrüfatı və inşaat işlərində də ucuz işçi qüvvəsi kimi istifadə edilir. Marksın təbirincə desək, kazarma kommunizmi.
Lakin bura təkcə imkansızların yeri deyil. Elitanın uşaqları üçün xüsusi məktəblər mövcuddur. Bu məktəblər çox baha olmaqla yanaşı, rejim nisbətən yumşaqdır.
Qeyd edək ki, Çində yetkinlik yaşına çatmayanlar üçün internetdən sutkalıq istifadə 1 saatla məhdudlaşdırılıb. Lakin praktikada buna nəzarət etmək mümkün deyil.
Vüqar Yaşaroğlu
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










