Çinin avtomobil ekspansiyası – PROQNOZ

Çin avtomobilləri dünya bazarında 21% paya malikdir.
Avtosfer.az xəbər verir ki, bu statistikanı baş ofisi Londonda yerləşən “AlixPartners” təşkilatı yayıb.
Bunun başlıca səbəbi Çin bazarında xarici markaların sıxışdırılmasıdır. Artıq bu il Çin markalarının yerli bazarda payı 59%-dən 72%-ə yüksəlib. Bir çox Avropa və Yaponiya şirkəti avtomobillərini ucuz qiymətə sataraq bazarı tərk edib. “Bank of America” GM, Ford və Stellantis qruplarına Çin bazarından mümkün qədər tez uzaqlaşmağı tövsiyə edib. Bunun səbəbi rəqabətin çox ciddi olmasıdır.
“AlixPartners” hesab edir ki, 2030-cu ildə Çin şirkətləri 10 milyon avtomobil ixrac edə biləcək. Hazırda bu rəqəm 3 milyon ədəddir.
Təşkilatın proqnozuna görə, 2030-cu ildə Çinin avtomobil istehsalçıları 2030-cu ildə Avropa bazarının 12%-i, Rusiya bazarının 70%-i, yaxın Şərq və Afrika bazarının isə 40%-ə qədərinə nəzarət edəcək. Sürətlə yayılmanın səbəbi təkcə qiymət deyil, həm də yeni modellərin bazara daha çevik təqdim edilməsidir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












