Damarların sağlamlığını qoruyan 3 QİDA – Tanınmış diyetoloqun SİYAHISI

Ürək-damar sistemi xəstəlikləri bütün ölkələrdə ölümün ilk səbəbi sayılır. Bu xəstəliklərin səbəbi isə aterosklerozdur.
Ateroskleroz zamanı damarlar iltihablaşır, onlarda xolesterin yığılır. Nəticədə damarlar sərtləşir, daralır, kövrək olur. Bu prosess ürək və ya beyin damarlarında baş verdikdə infarkt və insultun riski xeyli artır.
Bəzi qida məhsulları aterosklerozun inkişafını ləngidə, damarların vəziyyətini yaxşılaşdıra bilir.
Tanınmış rusiyalı həkim-diyetoloq Sergey Oblojko bu qidaları açıqlayıb.
- Zeytun və zeytun yağı. Bu qida məhsulları polidoymamış yağlı turşular və polifenolların sayəsində damarların divarlarını zədələnmələrdən qoruyur. Xolesterin sağlam damarlarda deyil, məhz zədələnmiş damarlarda yığıldığından bu çox vacibdir.
- Yulaf yarması. Bu faydalı yarma liflərlə zəngindir və liflərin sayəsində qanda xolesterinin və şəkərin səviyyəsini salır. Diyetoloq qeyd edib ki, şəkər damarların əsas düşmənidir.
- Göyərti. Həkim xüsusi vurğulayıb ki, yeməklərə təzə göyərtini əlavə etmək ən faydalı qida vərdişi sayıla bilər. Göyərti, xüsusilə ispanaq orqanizmdə homosistein amin turşusunun səviyyəsini aşağı salır. Homosisteinin yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. (Saglamolun.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












