Daş xəritədəki sirr açıldı: Nuhun gəmisinin yeri tapıldı - FOTO

Arxeoloqlar təxminən 3 min il yaşı olan Babil lövhəsində dünyanın ən qədim xəritəsini deşifrə edə biliblər. Xəritədə Fərat və Dəclə çayları arasındakı torpaqlardan ibarət olduğu düşünülən dünya ilə bağlı Nuhun gəmisindən qalma sirlər var.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı bu yaxınlarda Britaniya muzeyi video yayımlayıb.
Bildirilir ki, eramızdan əvvəl 6-cı əsrə aid olduğu təsbit edilən gil lövhə Mesopotamiyanın ətraflı xəritəsini göstərir. İndiki İraq ərazisini əhatə edən xəritəyə görə babillilər o dövrdə məlum olan dünyanın Mesopotamiyadan ibarət olduğuna inanıblar.
Babil dövrünün dünya xəritəsi qədim sivilizasiyaların dünyaya yanaşmalarını anlamaq baxımından mühüm mənbə kimi qiymətləndirilir. Britaniya muzeyinin məlumatına görə, sözügedən lövhədə xəritə kimi görünən diaqramla yanaşı, dövrün inanc sistemi baxımından Yerin yaradılmasını və Yerdən kənarda olanları təsvir edən mixi yazının bir neçə bəndi var.
Britaniya Muzeyinin kuratoru və mixi yazı mütəxəssisi İrvinq Finkel bu xəritədə daha çox şeyin olduğunu iddia edir:
"Məlum dünyadan kənara, fantaziyaya keçdikcə, bu yazı əvəzolunmaz olur. Babilin lövhə yazıçısı öz dünyasından kənarda olduğuna inandığı şeylərin xəritəsini çəkib. Xəritədə mifik canlılar və torpaqlar, eləcə də qədim tarixdən tanış bir hekayə var. Bu hekayə Nuhun gəmisi ilə bağlı Bibliya hesabının Babil versiyasıdır".
Finkel Nuhun gəmisi ilə bağlı aşağıdakı məlumatları qeyd edib:
"Qədim babillilər Utnapiştimin eramızdan əvvəl 1800-cü ildə nəhəng gəmi inşa etdiyinə inanırdılar. Allahın əmri ilə gəmi Acı çayının o tayındakı dağa endi. Maraqlıdır ki, İncil rəvayətindəki dağ Nuh gəmisinin getdiyi dağ ilə eynidir. Bu çox qəribədir.
Çünki bu, hekayənin eyni olduğunu göstərir. Bu versiyaya görə, daşqın Tesaliyadakı Deukalion hakimiyyəti dövründə baş verib. Zevs degenerasiyaya uğramış insanların bütün nəslini məhv etmək qərarına gəlib. Yeganə istisnalar isə kral Deukalion və arvadı Pyrrha olacaqdı".



“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










