Dələ avtomobili anbara çevirdi - FOTO

ABŞ-ın Şimali Dakota ştatının sakini qəribə vəziyyətlə qarşılaşıb.
Avtosfer.az-ın xəbərinə görə, o, uzun müddətdir istifadə etmədiyi pikapın kapotunu qaldırarkən maraqlı halla qarşılaşıb.
Məlum olub ki, yaxınlıqda yaşayan dələ “Chevrolet Avalanche”ın kapotunun altını və qanad boşluqlarını sözün həqiqi mənasında anbara çevirib. Heyvan yaxınlıqdakı ağaclardan topladığı qozları bura qış azuqəsi kimi toplayıb.
Qozları boşaltmaq üçün avtomobilin kapotu, qabaq bamperi və qanadları sökülüb. Ümumilikdə isə boşluqlardan 68 kiloqram qoz çıxıb.
Burada bir xatırlatma yerinə düşər. İstər beynəlxalq, istərsə də yerli qanunvericilikdə sürücüdən hərəkətə başlamazdan əvvəl təhlükəsizlikdən əmin olmaq tələb edilir. Buna görə də uzun müddət dayanmış avtomobili vizual müşahidə etmədən hərəkətə başlamaq olmaz. Xüsusən də qış aylarında isti yer axtaran sahibsiz pişiklərin mühərrik bölməsinə girməsi tez-tez rastlanan haldır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














