Deputatdan təklif: Təcili yardım maşını pis parklanmış avtomobilləri əzsin

Rusiyalı deputat Ayrat Qibatdinov səhiyyə naziri Mixail Muraşkoya qəribə istəklə müraciət edib.
Avtosfer.az xəbər verir ki, deputat pis parklanmış avtomobilləri vuran təcili yardım sürücülərinin cəzalandırılmamasını xahiş edib. Deputat sürücülərin bu hərəkətini insan həyatını xilas etməyə yönəlmiş zəruri addım hesab edib. Onun fikrincə, bəzən qadağan edilmiş yerdə parklayan avtomobillərin arasından çıxmaq üçün məcburi tarana getmək zərurəti yaranır.
Qibatdinovu məktubu yazmağa vadar edən bu günlərdə Peterburqda bir qadın sürücünün içində xəstə uşaq olan təcili yardım maşınını həyətdə 10 dəqiqə gözlətməsi səbəb olub. Deputat məktubda bildirir ki, qanunvericilikdə təcili yardım sürücüsünün məsuliyyəti dəqiq müəyyən edilməyib.
Bir müddət əvvəl başqa bir deputat pis park edilmiş maşınların təcili yardım avtomobili vasitəsi ilə kənara itələnməsini təklif etmişdi. O hətta vaxtilə sovet təcili yardım maşınlarında bu məqsədlə əlavə möhkəmləndirici bamper olduğunu misal gətirib.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












