Deputatlara elektrikli xidməti avtomobillər veriləcək? - AÇIQLAMA

Maraqlı 4 İyul 2024 14:49 Oxunub 218
Deputatlara elektrikli xidməti avtomobillər veriləcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar deputatların hibrid, elektikli avtomobillərdən istifadə ilə bağlı açıqlamaları müzakirə yaradıb. Benzinin qiymətinin bahalaşmasının ardından belə iddialar da səslənir ki, yaxın gələcəkdə deputatlara xidməti avtomobil olaraq hibrid, elektrikli nəqliyyat vasitələri veriləcək. 

Avtosfer.az-ın məlumatına görə, müzakirələrlə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq siyasəti komitəsinin üzvü Rüfət Quliyev deyib ki, parlament tərəfindən xidməti avomobillər sədrə, sədrin birinci müavininə, müavinlərə və komitə sədrlərinə verilir. 

“Yəni deputatlar öz maşınlarından istifadə edirlər. Şəxsən mən də 20 ildir, ancaq öz maşınımdan istifadə edirəm. İkincisi, deputatlara hibrid və ya elektrikli maşınların verilib-verilməməsinə seçkilərdən sonra “komment” bildirmək olar. Ola bilər ki, deputatlara təbliğat üçün istifadəyə qismən hibrid maşınlar  verməyə başlasınlar. Niyə də yox? Mümkündür. Bu gün elektrikli maşınlara önəm vermək enerji siyasətimizin, enerji iqtisadiyyatımızın vacib üsulu, yoludur. Azərbaycan bu mexanizmdən istifadə edəcək. Deputat korpusunun əksəriyyəti energetika və ondan istifadə, o cümlədən elektrik, hibrid maşınlarla əlaqədar açıqlamalar verir, mən də bu barədə çıxışlar etmişəm. Amma bir məsələni qeyd etmək lazımdır. Bu gün Bakı-Abşeron ərazisində tamamilə elektrikli maşınlara keçmədə problem yoxdur. Çünki elektrikli avtomobillər üçün dayanacaqlar artıq var. Görürəm ki, Bakıda da belə dayanacaqların sayı artır. Gömrük rəqəmləri də göstərir ki, hibrid maşınların sayı ildə ən azı 2-3% artır. Lakin regionlara getmək baxımından, təbii ki, müəyyən çətinlik yaradır. Düşünürəm, bu məsələ, təxminən, 1 il yarım içində həllini tapacaq. Hər 50 kilometrdən bir enerjidoldurma dayanacaqları yaranacaq. Artıq bu baxımdan da problem yaranmayacaq. Bu gün hibrid maşınlara keçid forması çox maraqlıdır. Müxətlif modifikasiyada olan maşınlar var ki, sürücüləri yolda qoymayacaq. Ən azı rahat 100-150 kilometri sürmək olacaq. Yaxud sürücülər elektrikdoldurma dayanacaqlarından istifadə edə biləcəklər. Düşünürəm, 2032-ci ildən sonra artıq hibrid maşınlar o qədər də populyar olmayacaq, çünki tam elektrik sistemi qurulacaq, insanlar elektrikli maşından istifadə edəcəklər. Dövlətin siyasəti də budur. Sonda hamımız gördük, COP29 təsdiqləyir ki, biz birmənalı yaşıl enerjinin inkişafına başlamışıq...”, - deputat bildirib. 

(Pravda.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh