Dinozavrları məhv edən asteroidin mənşəyi müəyyənləşib

Dinozavrlar barədə tədqiqatlara daha biri əlavə olunub.
Almaniyanın Köln Universitetinin əməkdaşlarının dinozavrların məhv olmasına dair tədqiqatları “Science” elmi jurnalında dərc edilib. Alimlər iddia edirlər ki, 66 milyon il əvvəl sözügedən canlıların nəslinin kəsilməsinə səbəb olan asteroid Yupiter planetindən daha uzaqda formalaşıb. Bundan əlavə, tədqiqatçılar indiyədək irəli sürülən Yerlə kometin toqquşması fikrini də rədd ediblər.
Məqalə müəllifləri asteroidin Yerə çırpıldığı Çikşlub kraterində (müasir Meksika ərazisi) apardıqları tədqiqat nəticəsində belə bir qənaətə gəliblər. Ərazidəki rutenium metalının izotoplarını təhlil edən alimlər onun asteroid mənşəli olduğunu bildirirlər. Laboratoriya analizi bu asteroidin S tipinə aid olduğunu, yəni Günəş sisteminin xarici planetlərin yerləşdiyi zonada formalaşdığını sübut edib. Alimlər asteroidin Yupiterdən daha uzaq məsafədən gəldiyini ehtimal edirlər. Səma cisminin formalaşdıqdan sonra bir müddət Mars və Yupiter arasındakı asteroid qurşağında hərəkət etdiyi də ehtimallar arasındadır.
Tədqiqatçıların fikrincə, bu tip araşdırmalar dinozavrların nəslinin kəsilmə səbəbini üzə çıxarmaqla yanaşı, Yer planetini gözləyən oxşar təhlükələri dəyərləndirmək üçün də zəruridir. (AZƏRTAC )
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












