Doldurulabilən hibridin sərfiyyatı çoxdur – təqsir kimdədir?

Doldurulabilən hibrid avtomobillər Azərbaycanda da artır. Əgər 5-6 il əvvəl bu maşınları barmaqla saymaq mümkün idisə, indi vəziyyət başqadır.
Avtosfer.az xəbər verir ki, bir çox Avropa ölkəsində sürücülərin kütləvi şikayəti əsasında Avropa Komissiyasaı məsələni araşdırıb. Məlum olub ki, doldurulabilən hibrid avtomobillər texniki göstəricilərində yanacaq sərfiyyatı 1-2 litr göstərilsə də, real rəqəm bundan 2-3 dəfə çoxdur. Bəs səbəb nədir?
Komissiyanın sınaqları göstərib ki, təqsirkar sürücülərdir. Onlar benzinə arxayın olduqları üçün avtomobili vaxtı-vaxtında doldurmurlar. Təlimata görə, bu maşınlar vaxtın 80-85%-ni elektriklə hərəkət etməlidir. Lakin reallıqda bunun tam əksi müşahidə olunur. Bəzi sürücülər maşını aylarla şəbəkəyə qoşmur, akkumulyatorlar yalnız rekuperasiya hesabına dolur.
Komissiya vəziyyətdən çıxış yolu kim i bu tip avtomobillərin ekoloji sinfini dəyişməyi planlaşdırır. Bu təqdirdə sürücülər daha çox vergi ödəyəcək. Lakin belə bir qərar doldurulabilən hibrid avtomobillərin bazardan çıxmasına səbəb ola bilər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












