Dollar necə hazırlanır? – MARAQLI FAKTLAR

50 ildən çoxdur dünyanın əsas valyutası dollar hesab olunur.
"Dollar" sözü orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" sözündən götürülüb. 1 dollar 100 sentə bərabərdir. Hazırda dünyada 1,2 trilyon dollar dövriyyədədir. Bəs varlığı ilə möcüzələrə yol açan, yoxluğu ilə dərd verən bu “sehirli” əskinaslar necə hazırlanır?
Avtosfer.az dolların hazırlanması barədə maraqlı məlumatları diqqətinizə çatdırır.
Dollar əskinasları 8 mərhələdə hazırlanır.
75 faizi pambıq, 25 faizi isə kətan liflərdən ərsəyə gəlir. Bu tərkib əskinasın saralmasının və cırılmasının qarşısını alır. Son illərdə dollar kağızının tərkibinə xüsusi sintetik liflər də qatılır.
Dolların əskinaslarının hazırlandığı kağız yalnız bircə şirkət tərəfindən istehsal olunur. Şirkət həmin kağızı ABŞ federal orqanlarından başqa heç kimə sata bilməz.
Pullar paytaxt Vaşinqtonda və Texas ştatındakı Fort Vort şəhərindəki zavodlarda istehsal olunur. Bu zavodların ümumilikdə 3 min işçisi var. Dolların təhlükəsizliyi və sirrinin qorunması naminə həmin 3 min işçi xüsusi nəzarət altında yaşayır.
1913-cü ildən etibarən ABŞ dollarını çap etmək hüququ Federal Rezerv Sisteminin tərkibinə daxil olan 12 banka verilib. ABŞ ərazisi 12 dairəyə bölünüb və hər dairədə 1 Federal Rezerv Bankı yerləşir.
Dolları çap etmək üçün Federal Rezerv Bankı ildə 18 ton boya sərf edir. Həmin boyanın formulu da Çap və Qravür Bürosu tərəfindən sirr olaraq saxlanılır.
Dolların saxtalaşdırılmasının qarşısını almaq üçün o, vaxtaşırı yeni dizaynla tədavülə buraxılır. 1 və 2 dollarlıq əskinasların hazırlanması dövlətə 4,9 sentə, 5 dollarlıq əskinaslar 10,9 sentə, 10 dollarlıqlar 10,3 sentə, 20 və 50 dollarlıqlar 10,5 sentə, 100 dollarlıqlar 12,3 sentə başa gəlir. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












