Dörd planeti gözlə görmək mümkün olacaq – Bu tarixdə

İyunun 3-də “planetlərin paradı” müşahidə olunacaq. Səmada 7 planet - Venera, Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun Günəşdən bir tərəfdə (qərbdə) təxminən 90-lik bucaq sektorunda yerləşəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən məlumata görə, bunlardan 4-ü - Venera, Yupiter, Merkuri və Uran 20-30-lik sektorda olacaq. Yəni iyunun 3-də yalnız 4 planeti adi gözlə görmək mümkün olacaq. Saat 02:00-dan başlayaraq Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri görünəcək. Uranı adi gözlə çox çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl - saat 04:20-dən sonra görmək olar. Urandan təxminən 6 dəfə zəif olan Neptunu isə yalnız teleskop vasitəsilə görmək mümkündür. Venera həmin gün Günəşlə eyni zamanda doğduğuna görə müşahidəsi mümkün olmayacaq. Buna oxşar 6 planetin paradı avqust ayının axırları və sentyabrın əvvəllərində də baş verəcək.
Astronomik hadisə olan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir. “Planetlərin paradı” anlayışı elmi məna daşımır və bu zaman heç bir fiziki hadisə baş vermir.
Planetlərin sayından asılı olaraq paradlar aşağıdakı növlərə bölünür:
- mini parad: 3 planet iştirak edir;
- kiçik parad: 4 planet iştirak edir;
- böyük parad: 5 və ya 6 planet iştirak edir;
- tam parad: bütün planetlər iştirak edirlər. Bu, olduqca nadir haldır. Belə bir hadisə hər 170 ildə bir dəfə müşahidə edilə bilər.
1982-ci il martın 10-da nadir “planetlər paradı” baş vermişdi - bütün 8 planet (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və o zamanlar planet hesab edilən Pluton) Günəşdən bir tərəfə 95-lik sektorda olmuşdular.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












