Dünyada maraqlı yol-hərəkəti qaydaları: Qırmızı işıqda keçən sürücü həbs edilir
Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib bəzi dəyişikliklər olunub.
Maraqlıdır, əcnəbi ölkələrdə hansı yol hərəkəti qaydaları tətbiq edilir.
Avtosfer.az ted.az-a istinadla dünyadakı ən qeyri-adi, ağlagəlməyən yol hərəkəti qaydalarını təqdim edir:
Elə Şimaldan başlayaq... Rusiyadan... Bu ölkədə avtomobili çirkli halda idarə etmək qadağandır. Buna baxmayaraq, yollar çirkli olduğu üçün rusların bu qaydaya o qədər də əməl etmirlər.
Finlandiyada sürücü radio dinləmək üçün illik ödəniş etməlidir. Ödəniş etmədən yolda radioya qulaq asan sürücü cərimələnə bilər.
Kiprdə avtomobil idarə edərkən su içmək qadağandır. Buna görə, cərimələr tətbiq olunur.
Danimarkada sürücü avtomobili işə salmazdan öncə maşının altına baxmalıdır. Çünki hansısa canlı avtomobilin altında qalaraq həyatını itirə bilər.
Kanadanın Ontario əyalətində ədviyyatlı bir şey yedikdən sonra taksiyə minmək qadağandır. Ağzından pis qoxu gəldiyi halda taksidən istifadə edən sərnişin cərimələnə bilər.
Səudiyyə Ərəbistanda qırmızı işıqda keçən sürücü 3 gün müddətinə həbs edilir. Ölkədə yol-nəqliyyat hadisələrində yaralanan və ölənlərin sayı xeyli azdır.
İtaliyanın millət vəkilləri 21 yaşı tamam olmayan sürücülərə içkili vəziyyətdə sükan arxasında oturmağı qadağan edən qanun layihəsi irəli sürüblər.
Avstriyada videoregistratorlar rəsmi olaraq qadağandır. Bu cihazlardan istifadə şəxsi həyata müdaxilə hesab olunur.
İsveçrədə bazar günləri avtomobili yumaq qadağandır. Səbəb isə bazar günü kənardakıları narahat edə biləcək işlər görməməyə təşviq etməkdir.
Fransada Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduqları qanun qəbul edilib. Qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunub. Qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlinməyib. Səbəb isə sürücü qadınların yaşının 30-dan artıq olduğunu gizlətmələri olub. Bir müddət sonra qanun layihəsi ləğv olunsa da, xeyli yaddaqalan olub.
Yaponiyada su gölməçəsinə girib piyadanı isladan sürücü cərimə ödəməli olur.
Magistral yollardakı nizam-intizamı ilə seçilən Almaniyada magistral yolda benzinin qurtarması qadağandır. Avtomobilin benzini yolda qurtardıqda sürücü cərimə olunur.
Meksika qadınlara sükan arxasında makiyaj etmək qadağandır.
Fransa, Finlandiya və İspaniyada radar-detektordan istifadə qadağandır. Lüksemburq, Belçika və İsveçdə isə buna görə hətta 3 aydan 8 ilədək həbs cəzası da tətbiq olunur.
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










