Dünyada 26750 yük və sərnişin təyyarəsi istismar edilir

Boeing şirkəti Britaniyanın Farnboro şəhərində keçirilən aviaşouda proqnozlarını ictimailəşdirib. İstehsalçının proqnozuna görə, 2023-cü ildə dünyada 50 mindən çox hava gəmisi olacaq. Başqa sözlə, təyyarələrin sayı ikiqat artacaq.
Avtosfer.az xəbər verir ki, istehsalçının qənaətinə görə, 2043-cü ilədək sifariş verilən təyyarələrin yarısı mövcud maşınları yeniləmək üçün nəzərdə tutulub. Hazırda dünyada 26750 yük və sərnişin təyyarəsi istismar olunur. 20 ildən sonra onların cəmi 6195 ədədi istifadədə olacaq. Şirkətlər tərəfindən əyyarələrin əvəzlənməsi və sayılnın artırılması nisbəti təxminən bərabərdir. Yaxın gələcəkdə 20 600 təyyarə yenilənməli, 23 400 ədəd yeni təyyarə istehsal edilməlidir. Bir sözlə, tələbatı ödəmək üçün 2043-cü ilədək 44 min ədəd yeni təyyarə istehsal edilməlidir. Bunlardan 33 min ədədi dar, qalanı isə geniş füzelyajlı olmalıdır.
Boeingin yeganə rəqibi Airbus da gələcəklə bağlı təxminən euyni rəqəmlər səsləndirirlər. Ekspertlər şirkətlərin səsləndirdiyi proqnoza şübhə ilıə yanaşmasalar da, sifarişlərin vaxtında çatdırılacağına əmin deyillər.
Aviasiya eksperti selli Qetinin fikrincə “detallar və təchizat zənciri ilə bağlı çox ciddi problemlər var. Aviasiyada ən xırda detal belə həyati əhəmiyyətlidir. Həm Airbus, həm də Boeing təchizat çətinlikləri ilə üz-üzədir. Bu səbəbdən aviaşirkətlər sifarişlərini gözləməyə məcburdur. Hazırda aviasiya sənayesinin başlıca problemi məhz budur”.
Ekspertlərin hesablamalarına görə hazırda dünyada 2 min ədəd təyyarə qıtlığı var. Buna görə də, aviaşirkətllər istismar müddəti başa çatan hava gəmilərini daha bir neçə il işlətməyə məcburdur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












