Dünyada ilk dəfə yük təyyarəsi pilotsuz uçub

ABŞ-ın “Reliable Robotics” şirkətinin “Cessna 208” (həmçinin “Cessna Caravan” kimi tanınır-red) yük daşıyan pilotsuz uçuşu tamamlayıb. Bu, tarixdə ilk pilotsuz uçuş olub.
Bu barədə CNN məlumat yayıb.
Şirkətin baş direktoru Robert Rouz təyyarənin seçilməsini onunla izah edib ki, bu, dünyada ən çox yayılmış modellərdən biridir - 2023-cü ilə qədər üç mindən çox nüsxə istehsal edilib.
“Lakin onun problemi bundan ibarətdir ki, indiki bir çox böyük təyyarələrdən daha aşağı hündürlüklərdə və daha əlverişsiz hava şəraitində uçur. Buna görə də, işləmək daha təhlükəlidir və avtomatlaşdırma bu əməliyyatları daha təhlükəsiz etmək üçün uzun bir yol keçəcək", - Rouz deyib.
Uçuş Şimali Kaliforniyadakı Hollister hava limanından həyata keçirilib və 12 dəqiqə davam edib. Pilotsuz idarəetmə sistemi təyyarəni yerdən idarə edən uzaqdan operatora əsaslanıb. Şirkət rəhbəri qeyd edib ki, belə bir təyyarənin uzaqdan idarə olunan pilotu adi yük təyyarəsinin pilotu ilə tam olaraq eyni keyfiyyətlərə malik olmalıdır. (report)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












