Dünyada ilk: yüksək sürətli qatarda yataqlı vaqonlar - FOTO - VİDEO

Avopaya səfər edənlərin böyük qismi bunu görüb: yüksək sürətli qatarlarda (Ouigo, TGV, DB və s.) yalnız oturacaqlar quraşdırılır, yatmağa imkan yoxdur. Əslində buna ehtiyac da yoxdur. Bir avropalının yüksək sürətli qatarda orta səyahət müddəti heç 4 saata çatmır. Amma, dünya təkcə Avropadan ibarət deyil.
Avtosfer.az xəbər verir ki, Çində bu həftədən etibarən yataq yerləri olan yüksək sürətli qatarlar müntəzəm reysə çıxır. Dünyada ilk olan bu addıma səbəb yolun uzun olmasıdır.
Yeni qatarlar Pekin, Şanxay və Honkonq arasında sərnişin daşıyır. Hər qatar 16 vaqondan ibarət olub, 600 sərnişin üçün nəzərdə tutulub. Qatarlar klassik (oturacaqlı), 4 yataqlı və 2 yataqlı siniflərə bölünür.
Yeni qatarlar həm də səfər müddətinin yarıbayarı azalmasına imkan verir. Klassik qatarlarla (maksimal sürət 150 km/saat) Şanxaydan Honkonqa 24 saata, Pekinə isə 20 saata çatmaq mümkün idi. Bu gün səfər vaxtı müvafiq olaraq 12 saat 34 dəqiqə və 11 ssat 14 dəqiqəyə endirilib. Biletin qiyməti isə sinifdən və mıəsafədən asılı olaraq 80-230 dollar arasında dəyişir.
Yeni qatarlar istismara verildiyi ilk gündən ciddi maraq doğurub. Buna səbəb sərnişinlərin gecə boyu səyahət edərək vaxt itkisini minimuma endirməsidir.
Çinin yataqla təmin olunmuş yüksək sürətli gecə qatarı layihəsi Avropada da maraq doğurub.
Vüqar
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu













