Dünyanı ən çox çirkləndirən şirkətlər seçilib – Top 10-luq

2021-ci ildə “Coca-Cola”, “PepsiCo” və “Unilever” planeti ən çox şirkətlər reytinqində lider olublar. Qeyd edək ki, hər il minlərlə könüllü planeti ən çox çirkləndirən şirkətləri müəyyən etmək üçün onlarla ölkədə su hövzələrinin sahillərində araşdırma aparır.
Avtosfer.az xəbər verir ki, bu il tədqiqatda 45 ölkədə su anbarlarının sahillərini tədqiq edən 11 min könüllü iştirak edib. #Breakfreefromplastic hesabatına görə, “Coca-Cola” məhsullarının tullantıları dünyanın 39 ölkəsində tapılıb. Dünyanı ən çox çirkləndirən ölkələr siyahısında ikinci və üçüncü yeri “PepsiCo” və “Unilever” tutub.
Onlardan başqa ilk beşliyə həmçinin “Nestle”, “Procter & Gamble”, “Mondelez”, “Philip Morris”, “Danone”, “Mars” və “Colgate-Palmolive” daxil olub. Bu şirkətlər təkcə plastik çirklənməni deyil, həm də iqlim böhranını da şiddətləndirir.
“Greenpeace”ə görə plastik çirklənməyə görə ilk onluqda olan bütün markalar (“Philips Morris” istisna olmaqla) qablaşdırma üçün plastiki “Aramco”, “Total”, “Exxon” və “Shell” kimi iri neft şirkətlərini təchiz edən zavodlardan alır.
2021-ci ilin iyulunda quru və okeanların birgə temperaturu son 142 ildə pik həddə çatıb – 16.7 °C. BMT-nin proqnozuna görə, 2030-cu ilə qədər havanın temperaturu daha 1.5 °C artacaq ki, bu da ekstremal hava hadisələrinə səbəb olacaq.
Banker.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












