Dünyanın ən bahalı prezident avtomobilləri - ARAŞDIRMA - FOTO

Prezidentlərin yüksək səviyədə qorunduğunu hər kəs bilir. Tarixə nəzər salsaq bir çox prezidentə avtomobildə olarkən sui-qəsd təşkil olunub. Bu səbəbdən prezidentlər səfərdə olarkən mühafizə ordusu ilə avtomobil korteci təşkil olunur. Burada əsas məsələ isə məhz prezidentin olacağı avtomobildir.
Avtosfer.az dünyanın ən bahalı maşınlarına sahib olan prezidentləri araşdırıb.
Sıralamada 1-ci yerdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın avtomobilidir. “Caillac One” markalı avtomobil bir çox həyat xilasedici, hücum, müdafiə tədbirləri ilə təchiz olunub. Maşın həmçinin Birləşmiş Ştatların məxfi xidmətlərinin standartlarına uyğun qurulub. Avtomobilə minərkən prezidentin xarici dünya ilə əlaqəsi kəsilir.
2-ci yerin sahibi Çinin prezidenti Xi Jinpinqin avtomobili olub. “Qırmızı bayraq” mənasını verən “Hongqi” markalı limuzin 8 pilləli transmissiyaya, 530 funt fırlanma anı və 381 at gücünə malik dörd turbo doldurulmuş V8 mühərriki ilə təchiz olunub. Bu da 8 saniyəyə sıfırdan yüz kilometrə cəmi qət edə biləcəyini göstərir. Avtomobilin maksimum sürəti saat/355km-dir. Bu limuzin həmçinin Çində ən bahalı avtomobildir.
Dünyanın ən bahalı maşınlarına sahib olan prezidentlər sırasında 3-cü yerdə Hindistanın Baş Naziri Narendra Modidir. “BMW 7 Series 760 LI Security Edition” markalı hiper gücləndirilmiş avtomobil “AK-47” güllələrinin, küt əşyaların və bombaların hücumlarına tab gətirə bilir. Baş nazirə ehtiyat üçün zəng etməyə imkan verən interkom sisteminə də malikdir.
Britaniyanın keçmiş baş naziri David Cameron isə sıralamada 4-cü yerin sahibidir. Onun “Jaguar XJ Sentinel” markalı xüsusi zirehli avtomobili 15 kq-a qədər trotil bombasına tab gətirə bilər. Xüsusi silahlarla təchiz edilən avtomobil Camerona hücum ediləcəyi təqdirdə atəş açmağa imkan verir. Maraqlıdır ki, sözügedən avtomobil ilk dəfə Rusiyada satışa çıxarılıb, burada avtokratiya onu böyük miqdarda sifariş edib.
Sıralamanın 5-ci yerində Keniya prezidenti Uhuru Kenyattadır. “Mercedes-Benz Pullman S600” markalı avtomobil 1990-cı ildə istehsal edilən avtomobil dünyanın ən bahalı avtomobillərindən biridir. Keniyada elit və güclü limuzin ilə səfər edir. Maşın fəaliyyətə hazır zirehli xarici görünüşə sahibdir. 6,3 litrlik V8 mühərriki ilə təchiz olunan avtomobilin maksimal sürəti saatda 220 kilometrdir.
“Mercedes-Maybach S600” markalı avtomobil ilə səyahət edən Nigeriya Prezidenti Muhammadu Buhari sıralamanın 6-cı yerində qərarlaşıb. Keçmiş prezident Qudlak Conatan “Mercedes-Benz S 350” sürdüyü halda, onun varisi Muhammadu Buhari bahalı və dəbdəbəli “Mercedes-Maybach S600”ə üstünlük verir.
Sıralamanın 7-cisi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Range Rover”dir. Özbəkistanın başçısı güllələrə tab gətirmək üçün kifayət qədər zireh və qoruma ilə təchiz olunmuş bu xüsusi dizaynlı maşın ilə qorunur. “Range Rover Supercharged” mahiyyətcə istənilən növ ərazini idarə edə bilir və sürücüyə hər dəfə hamar və rahat gəzinti bəxş edə bilir.
“Rolls Royce Phantom VI” avtomobilinin sahibi olan Bruney sultanı Hassanal Bolkiah Dünyanın ən bahalı maşınlarına sahib olan prezidentlər sırasında 8-ci yerdədir. Avtomobil təkcə güclü deyil, həm də tamamilə gözəldir. “Rolls Royce” avtomobillərinin sonuncusu olan maşın SU karbüratörləri, V8 mühərriki və 4-pilləli avtomatik sürət qutusu ilə təchiz olunub.
Rusiya Prezidenti Vladimir Putinin “Mercedes S-Class Limousine” isə sıralamda 9-cu yerdədir. Putinin öz xüsusi dizaynlı limuzinində sükan çarxında qızılı rəngdə qoşa qartal var. Avtomobil ən yüksək səviyyəli zirehli qoruma, oturacaqlarda təmtəraqlı dəri interyer və s. ilə təchiz olunub.
Avtomobillərin həm qoruyucu, müdafiə, həm də hücum funkiyaları ilə təchiz olunması onları daha da dəyərli edir. Qiymətə görə sıralanan avtomobillərin əsas məqsədi prezidenti qorumaq və onu müdadiə etməkdir.
Məhəbbət Tərlanoğlu
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur
Belə yollarda sürücülər yalnız sağ işıqfora baxmalıdır – Sürücülərə TÖVSİYƏ




















