Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr - SİYAHI

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb. Ən bahalı pasportlar siyahısında ilk yerdə Avstraliya gəlir.
Bu barədə “William Russell” sığorta şirkətinin hesabatından məlum olub.
Bildirilib ki, Avstraliyada pasportun qiyməti 230 dollardır.
Siyahıda ikinci yeri 170 dollarla Meksika tutub. Avropa ölkəsi İsveçrə isə 140 dollarla Meksikanın ardınca gəlir.
Siyahıda 4-cü yerdə İtaliyadır. Bu ölkədə pasportun qiyməti 135 dollardır.
ABŞ 130 dollarla 5-ci yerdə, Yeni Zelandiya 128 dollarlıq pasport qiyməti ilə 6-cı yerdədir.
Siyahıdakı digər ölkələr sırası belədir: Çili (127 dollar), Kanada (125 dollar), Yaponiya (115 dollar).
Türkiyə 110 dollarlıq pasport rüsumu ilə siyahıda 10-cu yerdə qərarlaşıb.
Dünyada pasport üçün ən az pul ödəyən ölkələr siyahısında isə Çexiya (27 dollar), Latviya (29 dollar), İspaniya (33 dollar), Polşa (35 dollar) və Slovakiya (35 dollar) var. (oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












