Dünyanın ən böyük ağzına sahib adam - FOTO

Anqolalı Fransisko Dominqo Joaquim ağzı ilə bütün dünyada səs salmağı bacarıb.
Sözügedən şəxs dünyada ən böyük ağıza sahib şəxs kimi “Ginnesin Rekordlar Kitabına” daxil edilib.
Anqolalı bu şəxs ağzını rezin kimi uzatdığı videonu internetdə paylaşaraq məşhurlaşıb. Onun bu videosu sosial şəbəkələrdə viral olub. Hər kəs onun bu qabliyyətinə təəccüblənib. Hətta bəziləri buna inanmayaraq onun effektdən istifadə etdiyini iddia edib.
Təbii ki, müsabiqənin qalibi tezliklə adı “Ginnesin Rekordlar Kitabı”nın səhifələrinə düşən Fransisko Dominqo olub.
Ölçmə apararkən məlum olub ki, onun ağzı 17 santimetrdir. Rekordçu bunun üçün heç bir xüsusi məşq və ya əməliyyat etmədiyini bildirib. Həkimlər isə bunu displaziya ilə izah ediblər. Ancaq təəssüf ki, onun bu qabiliyyəti Fransiskoya heç bir maddi yardım etmədi.

(Lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












