Dünyanın ən böyük ikinci almazı tapıldı

Kanadanın Lucara Diamond Corp. kompaniyası Botsvanadakı Karowe mədənindən 2492 karatlıq almaz çıxarıb.
Avtosfer.az xəbər verir ki, şirkətin vebsaytında yerləşdirilən məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır. Ən böyük almaz - 3106 karat ağırlığında olan Cullinan isə Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.
Karowe yatağı nəhəng daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə Lucara o zaman dünyada ikinci ən böyük almaz olan olan Lesedi La Rona almazını (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə - 63 milyon dollara alıcı tapıb.
Lucara əvvəllər burada 1758 karatlıq Sewelo almazını da tapmışdı, lakin o, qiymətli daş keyfiyyətinə malik deyildi. Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












