Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI
Maraqlı 6 Dekabr 2022 22:47 Oxunub 968
Dünyanın ən çox qızıl ehtiyatı  olan ölkələri - SİYAHI

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır.

Buna görə də dünyanın bütün ölkələrinin qızıl fondu mövcuddur. 1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası (World Gold Council) isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. 

Avtosfer.az dünyanın ən büyük qızıl ehtiyatlarına sahib ölkələrin siyahısını təqdim edir.

1. ABŞ – 8,135.5 ton                                                                                      

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ tarixinin ən böyük qızıl ehtiyatı 1946-cı ildə 20 min 205 ton olub. Hazırda ABŞ qızıl ehtiyatına sahib ölkələr siyahısında 8,135.5 ton qızılla birincidir. 

Daha 60 ölkənın qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.                

2. Almaniya – 3,369.9 ton                                                                                      

Siyahıda ikinci yer tutan Almaniya 1968-ci ildə qızıl ehtiyatının ən yüksək həddinə - 4 min  tona çatdırıb. Bu gün bu göstərici 3,339 kiloqram azalıb. Hazırda Almaniya 3,369.9 ton qızıl ehtiyatına sahibdir. Almaniyanın qızıl ehtiyatının 36.6%-i ABŞ Federal Rezerv Bankında, 12,8 faizi İngiltərə bankında və cüzi hissəsi Fransa bankında yerləşir. Hazırda Almaniyanın qızıl ehtiyatının 50,6 faizi  Frankfurt şəhərindəki “Bundesbank”da saxlanılır.                                                                     

3. İtaliya – 2,451.8 ton                                                                                              

İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv səkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi vəziyyət italya hakimiyyətini qızıl ehtiyatından istifadə etməyə sövq etsə də, hazırda bu rəqəm 2,451.8 ton olaraq dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələri sırasında İtaliyanı 3-cü yerdə qərarlaşdırıb.      

4. Fransa – 2,436.1 ton                                                                                          

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyişməklə özü üçün böyük “Ağ qızıl” ehtiyatı yaradıb. Fransa 1965-ci ildə 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın ən çox qızıl ehtiyatına sahib 4-cü dövlətidir. Bu qızıl ehtiyatı Fransanın əsas bankı “Banque de France”də yerin 29 metr dərinliyində qorunur.                                    

5. Rusiya- 2301,6 ton                                                                                                

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda  2301,6  ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.                                                     

Siyahının sonrakı yerlərində aşağıdakı dövlətlər qərarlaşıb.  

6. Çin -1,054,1 ton
7. İsveçrə - 1,040 ton
8. Yaponiya - 765,2 ton
9. Hollandiya - 612,5 ton
10. Hindistan - 557,7 ton
11. Türkiyə - 529,1 ton
12. Tayvan - 423,6 ton
13. Portuqaliya - 382,5 ton
14. Venesuela - 367,6 ton
15. Səudiyyə Ərəbistanı - 322,9 ton
16. Böyük Britaniya - 310,3 ton
17. Livan - 286,8 ton
18. İspaniya - 281,6 ton
19. Avstriya - 280 ton
20. Belçika - 227,4 ton

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh