Dünyanın ən iri superyaxtasında evlərin satışı başlayıb - ŞOK QİYMƏT

Dünyanın yeni, ən iri superyaxtası Somnio göyərtəsindəki lüks mənzillərin satışına başladığını elan edib.
Avtosfer.az xəbər verir ki, 220 metr uzunluğunda nəhəng yaxtanın investorları 39 lüks mənzili maraqlı səyahətə çıxmaq və eləcə də tam komfortdan istifadə etmək istəyənlər üçün təklif etdiklərini bildiriblər. Mənzillərin satışı 9,5 milyon avrodan (11,3 milyon dollardan) başlayır.
2024-cü ildə tam hazır olacaq Somnio hazırkı ən iri yaxta rekordunun sahibi, Abu-Dabi şeyxlərinin ailəsinə məxsus Azzam-dan 40 metr uzun olacaq. Layihənin rəhbəri Amerikalı milyoner Karl le Souef-dir. Yaxtanın 10 min şüşəlik şərab zirzəmisi və çimərlik klubu, eləcə də dəniz ekologiyasını araşdırmaq üçün müasir cihazları və alim heyəti olacaq.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün səyahət gəmilərinin fəaliyyəti 2020-ci ilin martından qadağan olunmuş, onlar yalnız bu yaxınlarda yenidən üzməyə başlamışlar. Dünyanın ən iri səyahət gəmilərini inşa edən Carnival şirkəti ötən həftə bu ilin birinci rübündə 2 milyard dollar zərər etdiyini açıqlayıb.///marja
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












