Dünyanın ən məşhur “taksi sürücüsü” Türkiyədə taksisiz qaldı - FOTO/VİDEO

Fransa istehsalı dünyaca məşhur “Taksi” filminin baş rol ifaçısı Sami Naseri Türkiyədə taksisiz qalıb. Tanınmış aktyor İstanbulda taksi dayanacağında maşın tapa bilməyib və təqribən 20 dəqiqə gözləməli olub.
Bu müddət ərzində onu tanıyan pərəstişkarları ilə də çoxlu şəkillər çəkdirib. O, həmçinin taksilərdən birinin sükanı arxasına keçib və İstanbul küçələrində sürüb.
60 yaşlı aktyor səfərlə bağlı təəssüratlarını DHA ilə bölüşüb. Onun sözlərinə görə, Türkiyəyə 15 gün əvvəl tətil məqsədi ilə gəlib. Bu gün isə İstanbula dəvət edilib.
“Mənə tarixi yerləri gəzdirdilər. Osmanlıdan Atatürkə qədər tarixi əsər və hadisələr haqqında məlumatlar verdilər”, - deyə o bildirib.
O, tarixə çox marağı olan biri kimi, Türkiyədə olmağı heyrətamiz bir hiss adlandırıb.
“Türklər məni küçədə görəndə tanıyırlar, amma gəlib danışmağa utanırlar. Mən bunun belə olduğunu başa düşəndə yaxınlaşıb özüm salamlaşıram. Onlar mənimlə söhbət edirlər. Belə bir heyrətamiz şəhərdə, turistlərin çox ziyarət etdiyi bir yerdə taksinin problem olması çox kədərlidir”, - deyə o, bildirib.
Fransalı aktyor gəzdiyi və film üçün getdiyi şəhərlərdə avtomobil sürməyi sevdiyini bildirib.
“Nəqliyyatın sıx olan şəhərlərdə avtomobil sürmüşəm, ona görə İstanbulda çətinlik çəkmədim. Moskva və ya Paris tıxaclarını görsəniz, saçlarınızı yolarsınız. Orada vəziyyət daha pisdir”, - deyə Naseri bildirib.
“Əgər aktyor olmasaydınız, Türkiyədə taksi sürücüsü olardınızmı” sualına isə o, “yox” cavabı verib.
“Burada taksi sürücüsü olmaq istəməzdim, çünki nəqliyyatı çox qarışıqdır”, - deyə bildirib.
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO












