Dünyanın ən qədim meşəsi aşkarlandı

Alimlər İngiltərənin cənub-qərb sahillərindəki qayalıqlarda dünyanın ən qədim fosilləşmiş meşəsini aşkar etdiklərini açıqlayıblar.
Axar.az xəbər verir ki, fosilləşmiş meşə Somersetdəki Mineheaddə yüksək hündürlükdə olan qumdaşı qayalarında tapılıb.
Kembric və Kardiff universitetlərinin tədqiqatçıları bildiriblər ki, onların tapıntıları Britaniyadakı, həmçinin dünyada məlum olan ən qədim fosilləşmiş ağaclardır. Kalamopiton kimi tanınan ağaclar palmaya bənzəyir. İndiki ağacların “prototipi” kimi təsvir edilən ağacların ən böyüyü 2-4 metr hündürlüyündədir. Tədqiqatçılar bitki qalıqları, həmçinin ağac gövdəsi fosilləri və kök izləri tapıblar. Fosillər ağacların yüz milyonlarla il əvvəl çay yataqlarını və sahil xətlərini sabitləşdirərək ətraf mühiti necə formalaşdırdığını göstərir.
Tədqiqatın müəlliflərindən biri, Kardiff Universitetinin Yer və Ətraf Mühit Elmləri Məktəbinin üzvüKristofer Berri qeyd edib ki, 30 ildir dünyada bu növ ağaclar tədqiq edilir, gövdələrin fotolarını ilk görəndə onların nə olduğu bilinir.
Təbiət Tarixi Muzeyinin bitki qalıqları üzrə mütəxəssisi Paul Kendrik o dövrdə ağacların birlikdə necə böyüdüyünə dair ipuclarının çox vacib olduğunu vurğulayıb. Fosil meşəsi Devon və Somerset sahillərindəki Hangman qumdaşı formasiyalarında tapılıb və Devon dövrünə, həyatın quruya doğru genişləndiyi 419-358 milyon il əvvələ aiddir.
Araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin Yer elmləri fakültəsinin üzvü, professor Neil Davies diqqətə çatdırıb ki, bu, olduqca qəribə bir meşə idi.
“Həmin meşə bu günə qədər gördüyümüz heç bir meşəyə bənzəmirdi. Ağacların altında yerdə kol-kos yox idi, ot hələ çıxmamışdı. Amma bu sıx ağaclardan çoxlu budaqlar yerə tökülüb və bunun ətraf mühitə çox böyük təsiri olub”, - o qeyd edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












