Reklam

Dünyanın ən qəribə yol qaydaları - ARAŞDIRMA - FOTO

Maraqlı 18 Dekabr 2023 16:00 Oxunub 9174
Dünyanın ən qəribə  yol qaydaları - ARAŞDIRMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər əsas yol hərəkəti qanunlarını bilməlidir. Lakin bəzi ölkələrdə insanları təəcübləndirən qəribə yol-hərəkəti qanunları var. Bir çoxu heç vaxt yenilənməmiş köhnə qanunlardan ibarət olsa da, bəziləri yeni hadisələrin nəticəsində qəbul edilmiş qanunlardır.

Avtosfer.az dünyanın ən qəribə yol hərəkəti qaydalarını araşdırıb. Belə ki, qəribə qanun və qəbul edildiyi ölkə aşağıdakı sıralamada qeyd olunub.

1. Yola çıxmazdan əvvəl avtomobilin altında kiminsə olub-olmadığını yoxlamaq lazımdır – Danimarka

Ən qəribə qanunlardan biri Danimarkada qəbul edilib. Burada sürücülər maşın sürməzdən əvvəl avtomobillərinin altında kiminsə olub-olmadığı yoxlamalıdır. Əks halda cərimə ediləcəklər.

2. Avtomobillərin faraları gün ərzində yanmalıdır - İsveçrə

İsveçrədə gün ərzində sürücülər avtomobilin işıqlarını yandıraraq sürməyə məcburdur. Bu o deməkdir ki, mopedlər və motosikletlər də daxil olmaqla, ən parlaq günlərdə belə qısa faralar həmişə açıq saxlanılmalıdır.

3. Nömrəsi 1 və ya 2 ilə bitən avtomobilləri bazar ertəsi sürmək qeyri-qanunidir – Filippin

Bir çox insan üçün hər gün istədiyiniz yerdə maşın sürmək təbii haldır. Lakin Filippində nömrəsinin son rəqəmi 1 və ya 2 olan avtomobilləri bazar ertəsi idarə etmək qadağan edilib.

4. Avtomobil siqnalının istifadəsi böyük cəzaya səbəb ola bilər – Avstraliya

Bir dostunuzla vidalaşmaq və ya sadəcə sizi tıxacda saxlayan avtomobil üçün siqnaldan istifadə edirsinizsə, Avstraliyada qanunu pozmuş olursunuz. Avtomobilinizin səs siqnalından istifadə etmək yalnız xüsusi hallarda uyğundur və əgər sürücülər onu hər hansı digər şəraitdə istifadə etsə, böyük cərimə ilə üzləşcəklər.

5. Sürücülər özləri ilə alkotester gəzdirməyə məcburdular - Fransa

Hamımız bunu bilirik ki, içkili halda avtomobil idarə etmək olmaz. Fransada yol hərəkəti qanunlarına görə sürücülər maşın sürməzdən əvvəl özlərini yoxlamaq üçün yanlarında alkotester gəzdirməyə məcbur olub. Qeyd edək ki, bu tələb 22 may 2020-ci ildə ləğv edilib. Qayda cəmi bir neçə il qüvvədə olub.

6. Çılpaq maşın sürə bilərsiniz – Almaniya

Almaniyada avtomobil “şəxsi məkan” sayılır və buna görə də sürücünün avtomobili çılpaq vəziyətdə idarə etməsinə icazə verilir. Lakin avtomobildən düşən zaman sürücülər nəyisə geyinməlidirlər, çünki bu halda onlar ictimai yerə girirlər və orada çılpaq olmağa icazə yoxdur.

7. Kirli avtomobili idarə etmək qadağandır – Rusiya

Rusiyada çirkli avtomobil idarə etmək cərimə ilə nəticələnə bilər, çünki qanun avtomobilin hər zaman təmiz olmasını tələb edir. Nəyin təmiz və ya çirkli olduğuna elə yerindəcə yol polisi qərar verir.

8. Bazar günü maşınlar yuyula bilməz – İsveçrə

Bazar günü əksər ölkələrdə istirahət günüdür. Bu İsveçrəyə də aiddir. Buna uyğun olaraq avtomobilin yuyulması da qadağan edilib.

9. Avtomobildə hər zaman yanğınsöndürən olmalıdır – Bolqarıstan

Bolqarıstanda hər şeyə hazır olmaq lazımdır. Xəbərdarlıq üçbucağı və ilk yardım dəsti ilə yanaşı, sürücülərin avtomobildə yanğınsöndürən də daşıması vacibdir.

10. İtləri avtomobilin damına bağlamaq qanunsuzdur – Alyaska

Bu qanunun haradan gəldiyi məlum deyil, lakin Alyaskada itləri avtomobilin damına bağlamaq qanunsuzdur. Maraqlısı budur ki, kimsə bunu niyə etmək istəsin?

11. Cərimələr 20 gün ərzində ödənilsə 50% endirim olunur – İspaniya

İspaniyada rüsumların ödənişini daha tez müddətdə ödəmək faydalıdır. Əgər cərimələr 20 gün ərzində ödənilsə, 50 faiz endirim olunur.

12. Piyadalar üçün avtomobili saxlamaq qadağandır – Çin

Əgər qarşınızdakı yola piyada qaçsa çox güman ki, anidən dayanacaqsınız. Lakin bu, Çində qeyri-qanunidir. Piyadanın üstündən keçməmək üçün əlinizdən gələni edib, dayandığınız üçün cərimələnəcəksiniz.

13. Avtomobil sürərkən hətta su belə içmək olmaz – Kipr

Avtomobil sürərkən bəzən su içməyə ehtiyac duyulur. Kiprdə sürücülər su içmək üçün səbirli olmalıdırlar, çünki bu maşın sürərkən qadağandır. Bir damla su belə içməyə icazə verilmir.

14. Bazar günləri qara rəngli avtomobil sürmək qanunsuzdur – ABŞ (Denver ştatı)

ABŞ-ın Denver ştatında qara avtomobil sürmək qeyri-qanunidir. Bunun səbəbinin nə olduğu isə məlum deyil.

15. Ağız qoxusu olan şəxslərin taksiyə minməsinə icazə verilmir – Kanada

Ağız qoxusu olan şəxslərin taksiyə minməsi Kanadanın Ontario şəhərində qadağan edilib.

Hər bir halda qanunlar insanların təhlükəsizliyi üçün qəbul edilib. Qəribə olub-olmamasından asılı olmayaraq qaydalara əməl etməmək sadəcə cərimə ilə yox, qəzalarlada nəticələnə bilər. Avtosfer.az bütün sürücülərdən qaydalara əməl etməyi xahiş edir.

Qeyd:  Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh