Dünyanın ən sürətli elektrik nəqliyyatı AÇIQLANDI

Rolls-Royce təyyarəsinin dünyanın ən sürətli elektrik nəqliyyatı olduğu ortaya çıxıb.
Şirkətdən bildirilib ki, son uçuş sınaqlarından sonra onların Spirit of Innovation təyyarəsini dünyanın ən sürətli elektrik nəqliyyatı adlandırmaq olar.
Təyyarə saatda 623 kilometr sürət yığa bilib.
Şirkət həmçinin bildirib ki, Spirit of Innovation daha iki dünya rekordu vurub. Təyyarənin sürəti üç kilometr məsafədə saatda 555,9 kilometrə çatıb. Təyyarə həmçinin 202 saniyədə 3000 metrdən yuxarı hündürlüyə qalxaraq, əvvəlki dünya rekordunu 60 saniyə yeniləyib.
Spirit of Innovation 400 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Rolls-Royce mühəndisləri qeyd edirlər ki, o, aerokosmik sənayedə indiyə qədər yaradılmış ən güclü akkumulyatorla təchiz olunub.///lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












