Dünyanın ən varlı dilənçisi – 1 milyon dollardan çox sərvəti var

Dünyanın ən zəngin dilənçisi olan Bharat Jain çox kasıb bir ailədə doğulub. Həmin vaxtlar onun nə təhsil almağa, nə də iş tapmağa imkanı olub. Sonda o, dilənçilik "peşə"sini seçməyə qərar verib. Maraqlısı odur ki, Jain bu işlə həyatını asanlaşdırıb və gözəl yaşam əldə edib.
Avtosfer.az lent.az-a istinadən bildirir ki, hazırda Bharat Jain adlı dilənçinin 1 milyondan çox sərvəti var. Amma buna baxmayaraq o, küçələrdə dilənçilik etməyi dayandırmır. Jain nəinki sərvət toplayır, həmçinin daşınmaz əmlaka ağıllı şəkildə investisiya qoyur.
Dilənçi var-dövlətini həyat yoldaşı, iki uşağı, qardaşı və atası ilə bölüşür. Varlı dilənçi övladlarının məktəbə getməsinə və təhsil almasına xüsusi diqqət yetirir.
Hindistan əhalisinin əksəriyyəti gündə bir neçə yüz rupi ilə çətinliklə dolansa da, Bharat təxminən 2500 rupi (təxminən 52 manat) qazanmağı bacarır. Məlumata görə, bunun üçün o, gündə cəmi 10-12 saat dilənir.
Bir ayda o, 60 mindən 75 min rupiyə qədər gəlir əldə edir. Hindistan sakinləri üçün bu çox əhəmiyyətli bir məbləğdir.
Xüsusilə, Mumbayda bahalı iki otaqlı mənzilə və Thanedə iki mağazaya sahibdir. O, ayda 30.000 rupi kirayə gəlir əldə edir.
Yerlilər ona bu işdən getməsi üçün yalvarırlar. Amma o, bunu rədd edir. Başqalarının fikrincə, onun dilənçiliyə bağlılığı bir sıra amillərlə, yəni vərdiş, başqa dilənçilərlə birlik hissi və emosional zövqlə bağlıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












