Dünyanın ƏN VARLI qadınları – SİYAHI

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər.
Bu barədə xarici KİV-lər statistika hazırlayıb.
Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dəndir.
Statistikanı təqdim edirik:
1. Fransuaza Bettankur Mayers
Fransız iş qadını və xeyriyyəçi Fransuaza Bettankur Mayers 99 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin qadınıdır.
2017-ci ildə anası vəfat edəndə onun sərvəti Fransuazaya miras qalıb. Fransuaza ailəsi ilə birlikdə “L'Oréal” səhmlərinin təxminən 33%-nə sahibdir.
O, 1997-ci ildən “L’Oréal” şirkətinin direktorudur. Fransuaza elm və incəsənəti dəstəkləyən, eləcə də inklüziv cəmiyyəti təbliğ edən “Bettencourt Schueller” Fondunun təsisçisi və prezidentidir.
2. Alisa Uolton
Alisa Uoltonun sərvəti 63,7 milyard dollardır və “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızıdır.
Alisa bacıları Rob və Cim ilə birlikdə “Walmart”da böyük paya sahib olsa da, pərakəndə korporasiyada işləmir.
Bunun əvəzinə, Alisa 2011-ci ildə Kristal Körpülər Amerika İncəsənət Muzeyini və 2021-ci ildə əsası qoyulan “Alice L. Walton” Tibb Məktəbini açaraq, sənət və sağlamlıq üzərində cəmləşdi.
3. Culiya Koç
ABŞ-li xeyriyyəçi Culiya Koçun sərvəti 59,8 milyard dollardır.
2019-cu ildə əri David Koç vəfat edəndə Culiya və onun üç övladı istehsal və enerji kimi müxtəlif sahələrdə iştirak edən törəmə şirkətləri olan “Koch Industries”də 42% paya sahib olublar.
Culiya Davidlə evlənməmişdən əvvəl modelyer Adolfo Sardinanın köməkçisi olub və Nensi Reyqan da daxil olmaqla yüksəkprofilli müştəriləri geyindirib.
Culiya tibbi tədqiqat, təhsil və incəsənətlə bağlı bir çox səbəbləri dəstəkləyən “David H. Koch” Fondunun prezidentidir.
4. Jaklin Mars
39,5 milyard dollar təxmin edilən xalis sərvəti ilə Jaklin Mars dünyanın dördüncü ən varlı qadınıdır.
Jaklin “M&Ms”, “Snickers” və “Skittles” kimi məşhur brendlərin arxasında duran məşhur şirkəti quran Franklin Klarens Marsın nəvəsidir.
Jaklin 20 il “Mars”da çalışıb və 2016-cı ilə qədər idarə heyətində olub.
5. Miriam Adelson
Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır.
2021-ci ildə əri Şeldon Adelson öldükdən sonra o, kazino və kurort şirkəti “Las Vegas Sands”ın sahibi olub.
Qeyd edək ki, o, 2000-ci ildə Miriam opiuma aludə olanları müalicə etmək üçün “Adelson” Klinikasını qurub. (Trend)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












