Dünyanın ən yaxşı otelləri - SİYAHI - FOTO

"The Readers' Choice Awards" oxucu seçimi yarışması 2022-ci ilin ən yaxşı otellərinin siyahısını təqdim edib.
Avtosfer.az xəbər verir ki, səsvermənin nəticələrinin tam siyahısı "Condé Nast Traveler" səyahət jurnalının saytında dərc olunub.
2022-ci ilə görə, Fransanın Kot d'Azur sahilində yerləşən "Cheval Blanc St-Tropez" oteli dünyanın ən yaxşısı seçilib. Ən yüksək reytinqə sahib fransız mehmanxanası 1936-cı ildə Aralıq dənizi sahilində, Sen-Tropedə tikilib. "La Résidence de la Pinède" o vaxtlar deyildiyi kimi, dəniz kənarında zərif, sadə bir ev idi. 2019-cu ildə o, lüks malların istehsalı ilə tanınan Fransa şirkəti LVMH tərəfindən alınıb və adını "Cheval Blanc St-Tropez" adlandırılıb.
İndi malikanə məşhur dizayner Jean-Michel Vilmotte tərəfindən hazırlanmış zərif interyeri ilə ziyarətçiləri sözün həqiqi mənasında heyran edir.

Reytinqin ikinci pilləsində Kolumbiyanın Kartaxena şəhərində 17-ci əsrə aid, keçmiş monastırın binasında yerləşən “Sofitel Legend Santa Clara Cartagena” oteli qərarlaşıb. Müəlliflər yazır ki, otel çox zərif şəkildə keçmişin elementlərini müasirliklə birləşdirir. Otaqlar müasir və klassik üslubda bəzədilib. Pəncərələrdən baxdıqda isə Karib dənizinin və İçərişəhərin gözəl mənzərələr görünür.

Üçüncü yeri Amerikanın “The Driskill” oteli tutub. Texasın beşulduzlu oteli köhnə dəri divanları, inək dərisi stulları və divarlarda asılmış vətəndaş müharibəsindən qalma tapançaları ilə səyahətçilərə “orijinal və rahat” atmosferi təqdim edir.

Ən yaxşılar sırasına Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Böyük Britaniya, Hindistan və Perudakı otellər də daxildir.
Qeyd edək ki, reytinq cədvəli siyahısına müxtəlif mehmanxanalar (hostel) da daxildir: müasir şəhər mənzillərindən tutmuş, fərdi yaşayış evlərinə qədər.
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Detektorla qədim dəfinə tapıldı - FOTO
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK











