Dünyanın ən yaxşı turizm kəndləri - SİYAHI

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNTWO) turizmi inkişafın, yeni iş və gəlir imkanlarının olmaı kimi səciyyələnən Ən Yaxşı Turizm Kəndləri 2022 hesabatını açıqlayıb.
2022-ci ildə dünyanın beş bölgəsindəki 18 ölkədən cəmi 32 kənd Ən Yaxşı Turizm Kəndləri mükafatını qazananlardan biri İzmirin Ödəmiş rayonundakı Birgi kəndidir.
Azərbaycanlıların xarici səfərlərində Türkiyə liderlik təşkil etdiyi üçün Birgi kəndi barədə məlumatları təqdim edirik.
Eramızdan əvvəl 750-ci ildən yaşayış məntəqəsi kimi istifadə edildiyi bildirilən və Aydınoğulları dövründən qalma memarlıq faktoru ilə hər il minlərlə ziyarətçini qəbul edən Birgidə Frigiya, Lidiya, Fars, Berqama, Roma və Bizans dövrlərinin də izləri var. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Birginin və 2022-ci il üçün hazırlanan siyahıda dünyanın ən yaxşı 32 kəndindən birinin seçilməsinin kəndin maariflənməsinə töhfə verəcəyi düşünülür.
Türkiyədə şəhər mühafizəsi planı hazırlayan ilk yaşayış məskənlərindən biri olan Birgi 1996-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan rəsmi arxeoloji ərazi kimi qeydə alınıb. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Birgi fevralın 27-28-də Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçiriləcək mərasimdə mükafatlandırılacaq.
Digər ən yaxşı turizm kəndləri aşağıdakılardır:
Zell am See, Avstriya
Wagrain, Avstriya
Puqueldon, Çili
Dazhai, Çin
Jingzhu, Çin
Choachi, Kolumbiya
Aguarico, Ekvador
Anqoçaqua, Ekvador
Choke Mountains Ecovillage, Efiopiya
Mestia, Gürcüstan
Kfar Kama, İsrail
Sauris-Zahre, İtaliya
Isola del Giglio, İtaliya
Umm Qays, İordaniya
Creel, Meksika
El Fuerte, Meksika
Ksar Elhorbat, Mərakeş
Moulay Bouzerktoune, Mərakeş
Lamas, Peru
Rəşid, Peru
Castelo Novo, Portuqaliya
Pyeongsa-ri, Koreya Respublikası
Rasinari, Rumıniya
Əl-Ula Köhnə Şəhər, Səudiyyə Ərəbistanı
Bohinj, Sloveniya
Rupit, İspaniya
Alquezar, İspaniya
Guadalupe, İspaniya
Murten, İsveçrə
Andermatt, İsveçrə
Birgi, Türkiyə
Tay Hai, Vyetnam
Mənbə: AviaTravel
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












