Dünyanın ən stresli hava limanlarının adları AÇIQLANDI

Dünyanın ən stressli, sərnişinlərin daha çox şikayətçi olduğu hava limanlarının siyahısı açıqlanıb.
Avtosfer.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyada stressin yüksək olduğu hava limanları arasında İngiltərə, Yunanıstan və Fransa kimi ölkələrin adları var.
Reytinqdə lider Böyük Britaniyanın "Mançester" hava limanı olub. İnternetdə bura ilə bağlı məlumatların təxminən 82,5 faizi mənfi rəylərdir. Hava limanından istifadə edən sərnişinlər əsasən sıxlıqdan, uzun növbə sıralarından və xidmətin qeyri-kafi olmasından şikayətçidirlər.
İkinci yüksək stress səviyyəsi isə Yunanıstanın tərkibindəki Krit adasında yerləşən “Heraklion” hava limanında qeydə alınıb.
Üçüncü yeri "London Stansted" hava limanı tutub. Sonrakı yerləri Kanadanın "Toronto" və Fransanın "Bordo" aeroportları bölüşür. İlk onluğa həmçinin Britaniyanın digər hava limanları - "Luton" (London) və "Bristol", o cümlədən Almaniyanın "Berlin", "Brüssel" aeroportları daxildir.
Maraqlısı odur ki, sərnişin axınının ən çox olduğu 20 hava limanından heç biri stressli aeroportlar arasında yer almayıb.
lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












