Dünyaşöhrətli səyyah ilk dəfə Xəzər dənizini üzüb keçəcək

Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirəcəklər. Dəniz səyahəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, səyyahlar Xəzər dənizini sərhəddən-sərhədə üzərək ilkə imza atacaqlar. Səyahət zamanı iki gənc idmançımız 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da səyyahlarla birgə üzəcəklər.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, başıqarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.
Səyyahlar yaxın günlərdə Aktau yaxınlığındakı sahildən yola çıxaraq, təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar. Sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləyəcək və səyahətlərini Böyük Britaniyada yekunlaşdıracaqlar.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF










