Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər - FOTO

“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar - Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçiblər.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












