Düyməli telefonla 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir - FOTO

Fırıldaqçılar düyməli telefondan istifadə edərək avtomobili oğurlamağın yolunu tapıblar.
Bu barədə “Vice” məlumat yayıb. Belə ki, nəşrin jurnalistləri “Telegram” kanallarında və “darknet”də haker qurğularının satışı ilə bağlı reklamları aşkar ediblər.
Müəlliflərin sözlərinə görə, “CAN-bus”a (avtomobilin elektrik cihazlarını idarə etmək üçün interfeys və ya rəqəmsal rabitə sistemi) qoşulmaq üçün təkmilləşdirilmiş düyməli telefonların onlayn satışını müəyyən etdikdən sonra araşdırmağa başlayıblar.
Bildirilir ki, yeni ixtiranın qiyməti 2500-18000 avro (4,6 min – 33,6 min manat) arasında dəyişir.
Məlumata görə, təkmilləşdirilmiş hər hansı markalı düyməli telefon avtomobilə qoşulur və xüsusi komanda ilə işə salınır. Satıcılar oğurluq cihazını “avtomobilin qəzalı vəziyyətdə işə salınması cihazı” adlandırırlar.
Məlumata görə, təkmilləşdirilmiş düyməli telefonun avtomobilə uğurla qoşulması halında, sındırma prosesi 15 saniyədən çox çəkmir.
Təhlükəsizlik üzrə mütəxəssis Ken Tindell bildirib ki, belə cihazın köməyi ilə hələ təkmil təhlükəsizlik sisteminə malik olmayan əvvəlki nəsil avtomobilləri oğurlamaq mümkündür. (oxu.az)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












