Əfsanəvi müğənninin qırmızı maşını Belçikada tapıldı: İstanbula gətirildi - FOTO

Türkiyənin əfsanəvi müğənnisi Barış Mançonun Belçikanın Liej şəhərində yaşadığı illərdə istifadə etdiyi avtomobil İstanbul Barış Manço Muzeyində sərgilənmək üçün Türkiyəyə gətirilib.
Avtosfer.az xəbər verir ki, Mançonun "Honda Prelude" markalı avtomobili 3 il əvvəl bölgədəki sel fəlakəti zamanı oğulları Doğukan və Batıkan Manço tərəfindən anbarda tapılıb.
Manço qardaşları avtomobili Modadakı Barış Manço Muzeyinə gətirmək üçün məhkəməyə müraciət ediblər. Bütün prosedurlar tamamlandıqdan sonra avtomobil dəniz yolu ilə Türkiyəyə göndərilib.
Barış Mançonun oğlu Batıkan xoşbəxtliyini bu sözlərlə ifadə edib:
“Buradan mən göndərirəm, qardaşım Doğukan isə onu Türkiyədə qarşılayacaq. Atamızdan xatirə qalan bu avtomobil Barış Manço Muzeyində sərgilənəcək. Bu avtomobil mənim üçün Belçikadakı həyatımızı əks etdirir. Qardaşımla mən burada doğulmuşuq. Məktəbə burada getmişik".
Qeyd edək ki, 1960-cı illərdə Belçikanın Liej şəhərində məskunlaşan Barış Manço ömrünün bir hissəsini burada keçirib.
(pubika.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













