"Ekologiyanı qorumağa" çağıran Avropa: təbiətə zərər vuranlara 42 milyard avro ayırıb

Avropa İttifaqının ekologiya ilə bağlı başqa ölkələrə təzyiq və təsir göstərmək şakərindən hər kəs xəbərdardır. Doğrudur, ekologiyanın qorunmasının vacibliyini heç kim danmır. Lakin hər kəs birinci özündən başlamalıdır.
Avtosfer.az xəbər verir ki, Transport & Environment (T&E) təşkilatının araşdırması maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, bir çox Avropa ölkəsində özəl şirkətlərin iri mühərrik həcminə malik avtomobillərinə subsidiya verilir. 5 böyük ölkə ötən il bu məqsədlə 42 milyard avro vəsait ayırıb.
Bu siyahıda ilk yerdə 16 milyard avro vəsaitlə İtaliya və 14 milyard avro ilə Almaniya gəlir. Bundan başqa Fransa bu işə 6,4 milyard, Polşa isə 6,1 milyard avro xərcləyib.
Təşkilatın ekspertləri belə bir maraqlı və haqlı sualla çıxış edirlər: nə üçün büdcə vəsaiti köhnəlmiş texnologiyalara sərf edilməlidir? Axı bu pulu elektromobilə xərcləmək də mümkündür.
Qeyd edək ki, bütün bunlar Avropanın digər ölkələrə ekologiya ilə bağlı təzyiqi artırdığı vaxtda üzə çıxıb.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












