Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı və satışı zamanı bir sıra güzəştlər tətbiq edilir

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı və satışı zamanı bir sıra güzəştlər tətbiq edilir
Ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsidir. Ölkə başçısının imzaladığı proqram və sərəncamlar əsasında həyata keçirilən kompleks tədbirlər çərçivəsində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrinin idxalı və satışı zamanı bir sıra güzəştlər tətbiq edilməsi üçün qanunvericilikdə dəyişikliklər həyata keçirilib.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub.
Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Bununla yanaşı, mühərrikin həcmi böyük və istehsal tarixindən çox keçmiş, yəni, mühərrikin həcmi 3000 kubsantimetrdən və istehsal tarixi 3 ildən çox olan nəqliyyat vasitələrinin ətraf mühitə, atmosfer havasına daha çox mənfi təsir göstərdiyi nəzərə alınaraq, bu cür nəqliyyat vasitələrinin idxalına vergi yükü artırılıb.
Aparılan statistik təhlillər onu deməyə əsas verir ki, həyata keçirilən stimullaşdırma və təşviq tədbirləri müsbət nəticə verib. Belə ki, 2021-ci ilin birinci yarımilliyində ölkəyə 4878 ədəd hibrid, 36 ədəd elektrik mühərrikli nəqliyyat vasitələri idxal olunmuşdusa, cari ilin eyni dövründə bu rəqəmlər ardıcıl olaraq 6218 və 153 ədəd olub.
Hazırda isə aidiyyəti nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərindən ibarət işçi qrupu tərəfindən ekoloji cəhətdən təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, eyni zamanda idxal zamanı əlavə güzəştlərin tətbiqi istiqamətində kompleks tədbirlərin müəyyən edilməsi üzrə işlər aparılır.
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










