Elektrik motosikletinə keçən taksi sürücüləri

Ekoloji problemlərin ciddi olduğu Afrika şəhərlərində ənənəvi mototaksilər yenilənir.
Avtosfer.az xəbər verir ki, artıq taksi xidməti üçün sürücülər elektrik mühərrikli motosikletlərə keçirlər. Ən ciddi fərq Keniyanın paytaxtı Nairobidə müşahidə olunur. Bu keçidin əsas səbəbi taksi şirkətləri və bankların bu texnika üçün yüngül kredit şərtləri təklif etməsidir.
Digər tərəfdən, elektrikli motosikletə gündəlik texniki qulluq zərurəti də yoxdur. Nairobidə elektrikli motosikletlə taksi xidməti göstərərək günə 20 dollaradək pul qazanmaq mümkündür. Bu da ənənəvi motosikletdən 2 dəfə çoxdur. Yeni texnika səssiz, tüstüsüz və vibrasiyasız olduğu üçün sərnişinləri də razı salır. Hökumət nümayəndələri isə bu yolla böyük şəhərlərdə ekoloji problemlərin həllinə ümid edir.
Son statistikaya görə, Afrikanın yerli şirkətlərindən biri qitədə 20 mindən çox elektrik mühərrikli motosiklet satıb. Müştəri sarıdan isə, heç bir qıtlıq yoxdur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












