Elektrikli avtomobillərin əsl mənzili məlum olub - ARAŞDIRMA

Avropada aparılan yeni bir araşdırma nəticəsində elektrikli avtomobillər üçün qoyulan sürüş məsafəsinin real şərtlərə uyğun olmadığı üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, “AUTOBEST” şirkətinin “EcoBest Challenge” adlı araşdırması zamanı 13 elektrikli avtomobili akkumulyatorları bitənə qədər sürüblər.
13 istehsalçıdan 65 min avrodan ucuz olan avtomobil modeli üzərində aparılan testin nəticələri heç də ürəkaçan olmayıb.
Bu zaman 600 km mənzili olduğu bildirilən “Tesla Model Y” 438 km, 406 km mənzili olduğu bildirilən “FIAT 600e” 313 km, 617 km mənzili “Volkswagen ID.7” isə 476 km məsafə qət edə bilib.
Elan edilmiş mənzilə ən yaxın məsafəni 98,9 %-lə “Audi Q4 Sportback 45 e-tron” verə bilib.
Bu modeli 87,9 %-lə “BMW i5 Touring”, 85,9 %-lə “Kia EV9” və 83,2 %-lə “Opel Corsa” izləyib.
Elan edilmiş mənzilə ən uzaq məsafəni verən model 73 %-lə “Tesla Model Y” olub. “FIAT 600e” 77 %, “Volkswagen ID.7” isə 77,1 % uyğunluq dərəcəsi ilə siyahının sonunda yer alıb.
(lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












