Elektromobillər tez alışır: Mif, yoxsa reallıq? - FOTO

Sosial şəbəkələr kütləni nəyəsə inandırmaqda çox səmərəlidir. Lakin bu inandırılan mövzuların çoxu reallıqdan uzaqdır.
Avtosfer.az xəbər verir ki, bir çox ölkədə sosial şəbəkələr insanları elektromobillərin daha müntəzəm yandığına inandırıb. Lakin elektromobillərin geniş yayıldığı ölkələrdəki tədqiqatlar bunun əksini deyir.
Avstraliyanın EV Fire Safe təşkilatı son 10 il ərzində avtomobillərin yanma riskini araşdırıb. Məlum olub ki, daxiliyanma mühərrikli avtomobillərdə yanma göstəricisi 0,1% təşkil edibsə, elektromobillərdə göstərici 0,0012% olub. Onda bir hara, on mində bir hara!
2022-ci ildə İsveçdə hər 100 min avtomobildən 68-i yanmışdısa, bu göstərici elektromobildə cəmi 3,8-dir.
Lakin elektromobilin mənfi cəhətləri də var. Bu texnikanın yanğın zamanı söndürülməsi böyük həcmdə su tələb edir. Ötən il ABŞ-də yanan Teslanı söndürmək üçün 170 ton su sərf edilmişdi.
Köhnə avtomobillərin qəza zamanı alışma riski çox böyükdür. Yanacaq qaynar detalların üzərinə tökülərək alovlana bilər. Lakin elektromobildə zərbədən alışma ehtimalı yox həddindədir.
Bir sözlə, elektromobillərin tez-tez alışması sosial şəbəkə yalanından o tərəfə keçmir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














