Elif Şafakın kitabları Azərbaycanda boykot edildi - FOTO

Əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak tvitterdəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb.
Avtosfer.az xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər”,- şərhini yazıb.
Şafakın işğalçı Ermənistanın iddia etdiyi kimi guya sözügedən kilsənin "dağıdılmasını" yansıdan görüntünü yaymağı, eyni zamanda erməni musiqiçi haqda paylaşım etməyi birmənalı qarşılanmayıb.
Azərbaycanlı yazarlar da Şafakın “sülh paylaşımı”na etirazlarını bildiriblər, yazıçını sərt tənqid ediblər.
Həmçinin, “BookZone”, “Kitabevim.az”, “Mənbə”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb. Bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












